Sosial medianın Ermənistan seqmentində Baş nazir Nikol Paşinyan və revanşist keşiş Baqrat Qalstanyanın müqayisəli videosu tirajlanır.
Globalinfo.az xəbər verir ki, görüntüdə onların “artsax” sözünə hansı reaksiyanı verdikləri əks olunub.
Ermənistan KİV Baqratın “artsax” sözü gələndə gözlərinin yaşarmasını onun guya “vətənini daha çox sevməsi” kimi təqim edib.
Qeyd edək ki, ermənilərin “artsax” dediyi ərazinin – Qarabağın beynəlxalq hüquq və tarix baxımından Azərbaycan torpağı olduğu artıq sübuta yetirilib.