“Laçın” postu atəşə tutuldu: sərhədçimiz yaralandı – YENİLƏNDİ

15 iyun 2023-cü il tarixdə saat 08:45-də Ermənistan Respublikası ərazisindən açılmış atəş nəticəsində “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsində xidmət aparan Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu yaralanıb.

Globalinfo.az xəbər verir ki, bu barədə DSX-nin Mətbuat Xidməti məlumat yayıb.

Məlumata görə, cavab atəşi ilə düşmənin atəş nöqtəsi susdurulub, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Yaralanmış hərbi qulluqçumuza ilkin tibbi yardım göstərilmiş, həyatı təhlükəsi yoxdur.

Bu təxribata görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

***09:35

Ermənistan silahlı qüvvələri Laçın yolundakı Azərbaycanın sərhəd-buraxılış məntəqəsini atəşə tutublar.

Globalinfo.az xəbər verir ki, bu barədə “Caliber” məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbçisi yaralanıb.