Ermənilər bunları Qarabağdan çıxarmaq istəyir

WhatsApp Image 2023 10 02 at 16.39.01

Qarabağı tərk etmiş ermənilər Ermənistanda etiraza başlayıb.

Globalinfo.az xəbər verir ki, hökumət binasının qarşısına Azərbaycanın keçən ilin sentyabrında keçirdiyi antiterror əməliyyatında ölənlərin yaxınları toplaşıb. Onlar hökumətdən Qarabağda dəfn olunmuş övladlarının qəbirlərinin eksqumasiyasını tələb edirlər.

Qeyd edək ki, Azərbaycanın keçirdiyi antiterror əməliyyatı nəticəsində separatçıların terror birliklərinin 200-ə yaxın hərbçisi məhv edilmişdi. 23 saatlıq əməliyyat nəticəsində Qarabağdakı separatçı rejim təslim olaraq, özünü buraxmağa razılaşmışdı. Bu ilin 1 yanvarında isə separatçı rejim tam olaraq süqut etmişdi.

Əliyar Xəlil
Globalinfo.az