Atatürkün abidəsi ucaldılmayacaq – SƏBƏB

Erməni lobbisi Praqada Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün heykəlinin ucaldılmasına mane olub. 

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyənin Praqadakı səfiri Egemen Bağış danışıb.

O bildirib ki, heykəlin Türkiyə səfirliyinin binasının yanındakı parkda ucaldılması razılaşdırılsa da, son anda hakimiyyət buna qarşı çıxıb. İmtinaya səbəb kimi isə 1915-ci il hadisələri əsas göstərilib.

E.Bağış vurğulayıb ki, məsələnin arxasında erməni lobbisi, PKK və FETÖ dəstəkçiləri dayanırlar.

Qeyd edək ki, bundan öncə “Disney Plus” platforması erməni lobisinin təzyiqi ilə “Atatürk” serialını yayımlamaqdan imtina etmişdi.

Ayşən Mustafa
Globalinfo.az