“Ermənistanın Baş naziri Nikol Paşinyan istər hərbi, istərsə də diplomatik sahədəki bütün nailiyyətləri təhrif edərək öz uğursuzluqlarını gizlətməyə çalışır”.
Globalinfo.az xəbər verir ki, bu barədə Erməni Milli Konqresinin bəyanatında deyilir.
“Paşinyanın altı illik hakimiyyəti fəlakətlərdən və Ermənistanın təhlükəsizliyini məhv etməkdən ibarətdir. Eyni zamanda Paşinyanın hərəkətləri Ermənistan cəmiyyətində daxili münaqişələri dərinləşdirir. Paşinyan və komandasının məlumatsızlığı və məsuliyyətsizliyi ölkəni çox ağır vəziyyətə salıb. Baxmayaraq ki, Paşinyan vaxtaşırı bütün əvvəlki hakimiyyətlərin Qarabağla bağlı siyasətini tənqid edən bəyanatlar verir. Lakin hər üç prezident baş nazirin sözlərini təkzib edərək, onu tarixi faktları təhrif etməkdə günahlandırırlar”, – deyə bəyanatda vurğulanır.
Müşviq Tofiqoğlu
Globalinfo.az