Erməni futbolçu Türkiyə nəhənginə “yox” dedi

Ermənistan millisinin və Moskva “Lokomotiv”inin 24 yaşlı müdafiəçisi Nair Tiknizyan qış transfer pəncərəsində Türkiyənin “Qalatasaray” klubuna keçməkdən imtina edib.

Globalinfo.az xəbər verir ki, bu barədə erməni mediası yazıb.

Bildirilib ki, futbolçu Ermənistanla Türkiyə arasında münasibətlərin gərgin olması səbəbindən təklifi rədd edib.

İş rəsmi danışıqlara çatmasa da, “Qalatasaray” erməni futbolçunu transfer etmək arzusunda olub.

N.Tiknizyan “Lokomotiv”də 82 oyun keçirib, 13 qol vurub, 12 məhsuldar ötürmə edib.

Safura Bənnayeva
Globalinfo.az