Erməni əsgər ağır güllə yarası alıb

Ermənistanın Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgəri güllə yarası alıb.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

İlkin məlumata görə, hadisə dünən olub. N saylı hərbi hissənin qulluqçusu silahla davranış qaydalarının pozulması nəticəsində güllə yarası alıb. Hərbçinin vəziyyəti ağır qiymətləndirilir.

Hadisənin başvermə şəraiti ilə bağlı araşdırma aparılır.