“Ötən gün Tehranda Ali Məhkəmənin binasında atışma olub, nəticədə İranda iki tanınmış hakim həlak olub”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri erməni siyasi şərhçi Akop Badalyan deyib.

Onun sözlərinə görə, bu səs-küylü hadisənin Rusiya-İran strateji tərəfdaşlıq sazişinin imzalanmasından bir gün sonra qeydə alınması diqqət çəkir:

“Sazişdə daxili vəziyyətlərlə bağlı müddəa, mühüm dövlət obyektləri və dövlət nəzarəti məsələsində silah dövriyyəsi və s. də öz əksini tapıb. Ümumiyyətlə, İranın daxili zəifliyindən çox danışılır. Rusiya-İran sazişində nüvə silahlarından qorunma məsələsi var? İran Moskvanı, belə demək mümkünsə, daxili təhlükəsizliyin artırılması məsələlərinə cəlb edəcəkmi?”

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: