Erməni deputatdan Paşinyana: “O, Rusiya ilə açıq münaqişəyə girir, çox itki verəcəyik”

“Nikol Paşinyan yalan danışır, Qarabağda baş verən hər şeydən dəqiqliklə xəbəri var”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Metakse Akopyan deyib.

O, Paşinyanın hər şeydən xəbərdar olduğunu bildirib:

“Baş nazir Rusiya ilə açıq münaqişəyə girir. Onun bəyanatları aydındır. Sanki Ukrayna prezidenti erməni dilində danışır. Paşinyan da Zelenskinin yolundan gedir, ölkəni Rusiya ilə münqişəyə sürükləyir. 33 deputatla birlikdə onun yalan danışdığını sübut edə bilərik. Onun çıxışlarından müharibə qoxusu gəlir, ölkəni fəlakətə sürükləyir”.

Ayşən Mustafa
Globalinfo.az