Ermənistan hökuməti Fransadan 100 milyon avro kredit götürməyə hazırlaşır.
Globalinfo.az bildirir ki, bu barədə erməni mediası məlumat yayıb.
Vurğulanıb ki, Ermənistan hökuməti bu pulla 2022-ci ilin büdcə kəsirini tamamlayacaq və büdcədən nəzərdə tutulan xərcləri qarşılayacaq.
Həmçinin o da qeyd edilib ki, hökumət bir tərəfdən iqtisadi yüksəlişdən, büdcə rüsumlarının artmasından bəhs edir, digər tərəfdən də külli miqdarda kreditlər götürüb, dövlət borcunu artırır.
Zaira Akifqızı, Globalinfo.az