İki gündə 3 dağıdıcı zəlzələ: Filippində vəziyyət gərgindir

Filippin sahillərində 6,8 bal gücündə zəlzələ qeydə alınıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin 38 kilometr dərinlikdə baş verdiyi bildirilib. ABŞ hadisə nəticəsində sunami təhlükəsinin olmadığını açıqlayıb.

Qeyd edək ki, son iki gündə bunun Filippində baş verən sayca 3-cü zəlzələ olduğu deyilir.