kipr liderleri

Şimali Kipr Türk Respublikasının yeni prezidenti Tufan Erhürman adanın rum hökumətinin rəhbəri Nikos Xristodulidsin türk əsgərlərinin bölgəni tərk etmələrinə dair sözlərinə münasibət bildirib. 

Globalinfo.az xəbər verir ki, Erhürman qısa müddət öncə Xristodulidslə görüşdüyünü və mövcud problemlər fonunda mətbuata birgə bəyanatla çıxış etməməyi qərarlaşdırdıqlarını söyləyib.

Erhürman Cənubi Kipr liderinin çağırışlarının qəbuledilməz olduğunu söyləyib.

“Adanın əsas qərarverici iki xalqından biri olan Kipr türklərinin iradəsini nəzərə almadan bir çox ölkələrdə razılaşan tərəfin belə bir fikir səsləndirməsi qəbuledilməzdir. Hörmətli Xristodulis, sizin açıqlamanız mənim üçün heç bir məna ifadə etmir”, – Erhürman qeyd edib.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: