Rusiyadan “İl-76” təyyarəsi ilə bağlı tələb – Fransa rədd etdi

Rusiya Belqorod vilayətində raketlə vurulan “İl-76” təyyarəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsini istəyib.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

“Rusiya ümid edir ki, Fransa “İL-76″ ilə bağlı BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağıracaq”, – deyə Rusiya XİN başçısı deyib.