Ərdoğandan qadınlarla bağlı maraqlı açıqlama

“Biz çalışan, yaradan, yaşamaq və yaşatmaq üçün səy göstərən bütün qadınların yanındayıq”.

Globalinfo.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən “Qadın Əməyi Zirvəsi”ndə çıxışı zamanı deyib.

“Peşə öyrənmək istəyən 45 min qadına birlikdə dəstək olduq. Bu prosesdə elə hekayələr ortaya çıxdı ki, qadınlarımızın əzminə heyran olduq. Ölkəmizin demokratik addımlarında olduğu kimi, 20 illik islahatlarda da qadınların rolu var. Qadınları yox sayan bir toplum gücünün və potensialının yarısını itirirər”, – Ərdoğan bildirib.

Turan Rzayev
Globalinfo.az