Ruben Rubinyan 576x375 1

“Bizim Yolumuz” xalq hərəkatının koordinatoru Narek Karapetyan Bakı “İrəvan Azərbaycan Teatrı açılıb” iddiası yaydı, amma bu, doğru deyil”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Parlamentinin sədr müavini Ruben Rubinyan deyib.

“Karapetyan iddia edib ki, 5 gün əvvəl Bakıda İrəvan Dövlət Azərbaycan Dram Teatrı açılıb. Lakin yalan danışır, çünki həmin teatr 1989-cu ildən fəaliyyət göstərir və Azərbaycanda 1994-cü ildə “dövlət” statusu alıb.

Niyə belə yalan danışırlar? Çox sadə səbəbi var: onlar sizin qorxularınızdan istifadə edirlər. Sülhü dəyərsizləşdirmək istəyirlər.

İstəyirlər ki, Ermənistan blokadada qalsın, yoxsullaşsın, özləri isə keçmiş tərəfdaşları Köçəryan və Sərkisyanla birlikdə zənginləşməyə davam etsinlər”, — deputat bildirib.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: