Ərdoğandan İsrail-İran gərginliyi ilə bağlı mühüm açıqlama: “Gizli məqsədlər ortaya çıxır!”

AA 20250616 38297433 38297427 CUMHURBASKANI ERDOGAN KABINE TOPLANTISI SONRASI ACIKLAMA YAPTI scaled
Ankara regionda münaqişənin qarşısını almaq və vasitəçilik etmək üçün istənilən rolu üzərinə götürməyə hazırdır.

Globalinfo.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Cümə günündən bəri həm şəxsən mən, həm də xarici işlər nazirimiz bu qarşıdurmanın dayanması üçün intensiv diplomatik səylər göstəririk”, – Ərdoğan bildirib.

Türkiyə lideri, həmçinin, İranın nüvə proqramına dair müzakirələrin daim diplomatik masada aparılmalı olduğunu vurğulayıb.

“Biz əvvəldən bu məsələnin müzakirə yolu ilə həllini dəstəkləmişik, bu gün də eyni mövqedəyik”, – o qeyd edib.

Ərdoğan İsrailin son hücumlarının sadəcə İranın nüvə obyektlərini hədəfə almaqla kifayətlənmədiyini və bu addımların daha geniş və gizli məqsədlər daşıdığını bildirib.

“İranın nüvə obyektlərini bəhanə gətirərək həyata keçirilən hücumların əsl məqsədləri hər keçən gün daha aydın görünür”, – deyə o əlavə edib.

Aysel Əliyeva
Globalinfo.az