erdogan zelenski 14

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Vladimir Zelenski ilə telefonla danışıb.

Globalinfo.az Türkiyə mediasına istinadən xəbər verir ki, danışıq zamanı yerli və beynəlxalq bir sıra məsələlər, taxıl dəhlizindəki vəziyyət müzakirə edilib.

Türkiyənin Ukraynaya humanitar yardımı və enerji dəstəyi üzrə də fikir mübadiləsi aparılıb.

Türkiyə dövlət başçısı əsir mübadiləsi məsələsində çalışmaların davam etdiyini diqqətə çatdırıb.

Ərdoğan eyni zamanda, Zaporojye AES-lə bağlı prosesi sürətləndirmək üçün diplomatik töhfə verə biləcəklərini ifadə edib.

Qeyd edək ki, Türkiyə lideri bu gün Rusiya Prezidenti Vladimir Putinlə də telefon danışığı aparıb.

 

Paylaş: