Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukrayna arasında münaqişənin nizamlanması ilə bağlı Rusiya Prezidenti Vladimir Putinlə geniş müzakirə apardığını bildirib.
Globalinfo.az xəbər verir ki, Ərdoğan bu barədə Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində məlumat verib.
Onun sözlərinə görə mayın 11-də Putinlə, mayın 12-də isə Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı baş tutub:
“Rusiya Prezidenti Vladimir Putinlə geniş və əhatəli telefon danışığımız oldu. Rusiya-Ukrayna münaqişəsinin dayandırılması da daxil olmaqla, bir sıra mühüm məsələləri müzakirə etdik. Az əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski ilə də danışdım”.
Ərdoğan qeyd edib ki, ötən həftə ABŞ Prezidenti Donald Trampla da bu məsələni müzakirə edib.
“Trampla da münaqişənin diplomatik yolla həlli üçün ata biləcəyimiz addımları müzakirə etdik. Onun dialoq və diplomatiya ilə münaqişələri həll etmək istəyi ilə razıyıq”, – o bildirib.
Türkiyə lideri əlavə edib ki, ölkəsi İstanbulda sülh danışıqlarına ev sahibliyi etməyə hazırdır və bu prosesə töhfə verməyə davam edəcək.
*** 20:33
“Rusiya və Ukrayna arasında mümkün İstanbul görüşünün uğurlu keçəcəyinə inanıram”.
Globalinfo.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O, mayın 11-də Rusiya Prezidenti Vladimir Putinlə Ukrayna məsələsini detallı müzakirə etdiklərini də açıqlayıb.
Xəbər yenilənir…
Aysel Əliyeva
Gloablinfo.az