Globalinfo.az-ın xəbərinə görə, o qeyd edib ki, münaqişələrə, gərginliyə və qeyri-müəyyənliyə baxmayaraq, Türkiyə regionun ən güclü və sabit ölkəsidir.
Avropa İttifaqı ilə münasibətlərə toxunan Ərdoğan, bu təşkilatın Türkiyəyə qarşı strateji ikiüzlülüyündən də danışıb.
“Artıq başa düşməliyik ki, Türkiyənin tamhüquqlu üzvü olmadığı Aİ qlobal oyunçuya və ağırlıq mərkəzinə çevrilə bilməz. Aİ Türkiyənin konstruktiv mövqeyinin dəyərini aydın şəkildə anlamalı, ondan sui-istifadə etməməli və təhlükəyə atacaq hərəkətlərdən çəkinməlidir. Bu gün Avropanın Türkiyəyə ehtiyacı daha çoxdur. Sabah bu ehtiyac daha da artacaq”, – deyə Ərdoğan vurğulayıb.
Əliyar Xəlil