Erdogan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyada sülh prosesini pozmağa cəhd edənlərin cəzalandırılacağını bildirib.

Globalinfo.az-ın xəbərinə görə, Ərdoğan qeyd edib ki, Suriyada sülhə, sabitliyə və ərazi bütövlüyünə xidmət edən bütün addımlar Ankara üçün məqbul sayılır.

O, ölkənin şimalında vəziyyətin qan tökülmədən, “Bir ordu, bir dövlət, bir Suriya” prinsipi əsasında həllinin vacibliyini vurğulayaraq, bu prosesi pozmağa yönələn istənilən cəhdin nəticəsiz qalmayacağını xəbərdarlıq edib.

Türkiyə lideri Səudiyyə Ərəbistanı və Misirə iki günlük səfər edəcəyini açıqlayıb. Səfər çərçivəsində qardaş ölkələrin rəhbərliyi ilə ikitərəfli münasibətlər, təhlükəsizlik, Qəzza sektorunun bərpası və İran ətrafında yaranmış böhranın daha da dərinləşməsinin qarşısının alınması yolları müzakirə olunacaq.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: