Ərdoğan Nəhyanı Türkiyəyə dəvət etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan arasında telefon danışığı olub.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyənin Prezident Administrasiyası məlumat yayıb.

Ərdoğan həmkarını ad günü münasibətilə təbrik edib.

Bundan əlavə, Ərdoğan Nəhyanı iki ölkə arasında yaradılmış Yüksək Səviyyəli Strateji Şuranın ilk iclasında iştirak üçün Türkiyəyə dəvət edib.