Ərdoğandan klub prezidentinin döydüyü hakimə zəng – VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün hücuma məruz qalan futbol hakimi Halil Umut Melerlə telefonla danışıb.

Globalinfo.az xəbər verir ki, Ərdoğan hakimə keçmiş olsun və şəfa diləklərini çatdırıb.

Qeyd edək ki, Superliqanın XV turunun “Ankaragücü” – “Rizəspor” (1:1) oyunundan sonra paytaxt təmsilçisinin prezidenti Faruk Koca meydana daxil olaraq, baş hakim Halil Umut Meleri yumruqla vurub.