Ərazi müqabilində NATO-ya üzvlük? – Kiyevdən cavab

Ukrayna NATO-ya üzvlük müqabilində ərazi güzəştlərini istisna edir.

Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna xarici işlər nazirinin müavini Yevgeni Perebeynis danışıb.

Nazir müavininin sözlərinə görə, Kiyev belə bir təklif almayıb.

“Ukrayna öz ərazilərini alqı-satqı predmeti etməyəcək”, – diplomat vurğulayıb.