nato ukrayna 700x406 1

“NATO-nun baş katibi Yens Stoltenberq iyulun 26-da NATO-Ukrayna Şurasının iclasını çağırıb”.

Globalinfo.az Oxu.az-a istinadən xəbər verir ki, bunu alyansın nümayəndəsi Oan Lunqesku bildirib.

“Tərəflər son hadisələrlə bağlı məsləhətləşmələr aparmaq və Qara dəniz vasitəsilə Ukrayna taxılının daşınmasını müzakirə etmək üçün görüşəcəklər”, – o deyib.

Lunqesku həmçinin əlavə edib ki, görüş səfirlər səviyyəsində keçiriləcək.

Paylaş: