İranın xarici işlər naziri Abbas Əraqçi Avropa İttifaqının xarici siyasət üzrə rəhbəri Kaja Kallasla telefon danışığı aparıb.
Globalinfo.az xəbər verir ki, tərəflər ABŞ və İsrailin İrana hücumlarından söz açıblar.
Bildirilib ki, İslam Respublikasının bölgədəki ölkələrə hava zərbələri regional sabitliyə, qlobal təhlükəsizliyə təsir edir.
Söhbət zamanı müharibənin humanitar nəticələri ətrafında da müzakirə aparılıb.
Qeyd edək ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayıb.