kreslo

Rusiya və ABŞ nümayəndələri arasında gizli görüşlər keçirilib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Röyters” agentliyi məlumat yayıb.

Qeyd olunub ki, tərəflər Ukraynadakı münaqişəyə həsr olunmuş qeyri-rəsmi danışıqlar aparıb:

“Onlar son aylarda İsveçrədə gizli görüşüblər. Məlum olub ki, iştirakçılar dövlət rəsmiləri deyil, diplomatlar olub. Belə görüşlərdən biri keçən həftə Cenevrədə Münhen Təhlükəsizlik Konfransı zamanı baş tutub”.

Xatırladaq ki, Kremlin sözçüsü Dmitri Peskov Rusiya ilə ABŞ arasında hər hansı qeyri-rəsmi danışıqların aparılması faktını dəfələrlə təkzib edib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: