Əməliyyatlar başlayır: Araik qorxuya düşüb, Bakıya xəbər göndərdi

Qarabağdakı separatçıların başçısı Araik Arutyunyan keçirdiyi iclas zamanı Bakı ilə dialoqa hazır olduğunu bildirib.

Globalinfo.az xəbər verir ki, bunun üçün o, şərt kimi Rusiyanın prosesdə vasitəçiliyini önə sürüb.

Bu açıqlama erməni ictimaiyyətində birmənalı qarşılanmayıb. Bəziləri dialoqun mümkünsüzlüyündən danışsa da, bəziləri separatçıbaşının düzgün addım atdığını deyiblər.

Buna səbəb isə ABŞ-ın Qarabağdakı erməniləri inteqrasiyaya çağırmasıdır. Belə olan halda vasitəçi kimi Rusiyaya müraciət etmək onlar üçün sonuncu ümid hesab olunub.

Qeyd edək ki, Araik dialoqa hazır olması barədə xəbər göndərsə də, rəsmi Bakı bu danışıqlarda yalnız reinteqrasiya məsələsinin müzakirə edilə biləcəyini açıqlayıb.

Tamerlan Yayaqan
Globalinfo.az