Elşən Xəzərin səhhətində problem yarandı – AÇIQLAMA

Keçmiş meyxanaçı Elşən Xəzərin səhhətində problem yaranıb.

Globalinfo.az-ın əldə etdiyi məlumata görə, E.Xəzər bu yaxınlarda bir neçə əməliyyat keçirib.

Xəbəri dəqiqləşdirmək üçün əməkdaşımız E.Xəzərlə əlaqə saxlayıb.

O, əməliyyat olunması xəbərini təsdiqləyib:

“Xəstəxanadan dünən çıxmışam. Əməliyyatlar keçirdim. Allahın izni ilə hər şey yaxşı olar. Düzü, istəməzdim xəstə olduğum bilinsin. Artıq yavaş-yavaş qocalırıq… Analiz vermişəm, cavabı 2 ay sonra bilinəcək”.

Zaira Akifqızı
Globalinfo.az