Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev sosial media hesabında Prezident İlham Əliyevin Slovakiyaya səfəri ilə bağlı paylaşım edib.
Globalinfo.az xəbər verir ki, paylaşımda deyilir:
“Slovakiyaya rəsmi səfəri çərçivəsində Prezident İlham Əliyevin iştirakı ilə Slovakiya Baş naziri Robert Fitso tərəfindən təşkil olunan qəbulda hərbi orkestr “Qurban olum, Azərbaycan” mahnısını Slovakiyanın ənənəvi musiqi aləti olan simbalda yüksək peşəkarlıqla ifa edib”.
During President Ilham Aliyev’s official visit to Slovakia, at the reception hosted by Slovak Prime Minister Robert Fico, the military orchestra is performing song “Qurban olum Azərbaycan” with great professionalism on the Slovak traditional musical instrument, the cimbalom. pic.twitter.com/yga0kkZbNl
— Hikmet Hajiyev (@HikmetHajiyev) December 9, 2025