Əliyevin bildiyi qlobal sirr – 100 ildən çox davam edəcək qanlı toqquşmalar başlayacaq

Son günlər Üçüncü Dünya müharibəsi haqda yanaşmalar yenidən aktuallaşıb. Bəzi ekspertlər hesab edir ki, dünyada baş verən geosiyasi qarşıdurmalar, aktivləşən və hər an aktivləşə biləcək dondurulmuş münaqişələr faktiki olaraq Üçüncü Dünya müharibəsinin başladığına dəlalət edir.

Türkiyə Böyük Millət Məclisinin Müdafiə komissiyasının sədri, sabiq müdafiə naziri Hulusi Akar da mediaya açıqlamasında bu haqda mühüm məqamlara toxunub. O, proksi müharibələri Üçüncü Dünya müharibəsi kimi xarakterizə edib.

Maraqlıdır, Üçüncü Dünya müharibəsi başlayıb?

Mövzunu Globalinfo.az-a şərh edən politoloq Qabil Hüseynli deyib ki, Üçüncü Dünya müharibəsi faktiki olaraq 11 sentyabrda Nyu-Yorkda qoşa qüllələrin partladılması ilə başlayıb:

“Düzdür, bu hadisəyə qədər də müxtəlif regionlarda proksi müharibələrin şahidi olurduq, lakin məhz bu hadisədən sonra ABŞ-ın Yaxın Şərqdə əl-qolu açıldı.

Rəsmi Vaşinqton qlobal müstəvidə gedən Üçüncü Dünya müharibəsinin əsas aktorudur. Yəni tərəflərdən biri məhz ABŞ-dır. Qarşı tərəfdə isə konkret bir güc, ölkə yoxdur. Misal üçün, Rusiyanın MDB məkanında müxtəlif proksi qüvvələri var. İranın isə bənzər formada Yaxın Şərqdə dəstəklədiyi proksi qüvvələr var.

Proksilər üzərindən gedən müharibə ona görə Üçüncü Dünya müharibəsidir ki, de-fakto olmasa da pərdəarxasında yenə ölkələr müharibə edir. Motiv dəyişsə də məqsəd dəyişməyib.

Lakin düşünülənin əksinə, Üçüncü Dünya müharibəsi uzun davam edəcək. Özü də 100 ildən artıq bir dövrü əhatə edə bilər. Çünki proksilər üzərindən gedən müharibəyə maliyyə axını davamlı gəlir və bu, həm də çirkli pulların yuyulduğu böyük biznesdir. Bu sistemin çökməsi qlobal müstəvidə heç kəsə sərf etmir”.

Qabil Hüseynli

Beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli isə hesab edir ki, sonucu dəfə Prezident İlham Əliyevin dünya müharibəsi haqqında həyəcan təbili çalması bu mövzuya diqqətləri cəlb etməyə bilməzdi:

“Artıq dünyanın neçənci rəhbəridir ki, 2025-ci ildə yeni dünyanın mövcud olacağını bildirir. Acığı, onların şifrəli informasiyalara girişi olduğundan nələrin baş verdiyini yaxşı bilmələri şübhə doğurmur.
Amma sual yetişmişkən, nə baş verir dünyada?

1. Bu il Yaxın Şərqin müasir xəritəsindən böyük bir dəyişiklik olacaq!

A) Təsəvvür edin ki, Yaxın Şərq dünya neft hasilatının 27 faizinə sahibdir və Yaxın Şərqin beş neft istehsalçısı dünyanın ilk on neft istehsalçısı sırasındadır. Bunlar Səudiyyə Ərəbistanı, İraq, İran, Birləşmiş Ərəb Əmirlikləri və Küveytdir.

B) Region iqtisadiyyatı neft və qazla zəngin təbii sərvətlərə malikdir. Ərəb ölkələrində zəngin neft yataqları Qərb güclərini Yaxın Şərqə cəlb edir. ABŞ-ın son iki onillikdə Yaxın Şərqə təsiri bunun bariz nümunəsidir.
Deməli, bu ölkələrə baxdıqda görə bilərik ki, onların böyük əksəriyyətində ya problem var, ya da baş vermək üzrədir.

2. Səudiyyə Ərəbistanı, Misir, İran, İraq, Suriya və körfəz ölkələri – bunların cəlb edildiyi bir İsraillə savaş davam edir.

Əslində isə belə bir məsələ yoxdur: qarşıdakı iki ildə Səudiyyə təslim olmalıdır.

Əsas hədəf isə enerji ehtiyatlarını əldə edəndən sonra qərb koalisiyasının Çinə hücumu olmalıdır.

Deməli, final görüşü Sakit okeanda baş verəcək. Bütün bunlar üçün Qərb əvvəlcədən Yaponiya və Cənubi Koreya kimi güclü müttəfiqlər və Tayvanla əməkdaşlıq quraraq, iki il əvvəl AUKUS adlı hərbi ittifaq yaratdı/ Britaniya, ABŞ, Zelandiya və Avstraliya…

Dərhal sonra Britaniya Avropa ittifaqından da çıxdı.

Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun analitiki bildirib ki, Çin Rusiyanın Ukraynaya təcavüzündən dərs alır və hərbi və mülki səfərbərliyin inteqrasiyasına kömək edəcək hüquqi dəyişikliklər etməklə Hind-Sakit okean regionunda “uzun sürən” müharibəyə hazırlaşmağa başlayır.

ABŞ-ı nə məğlub edə bilər?

Üçüncü dünya müharibəsi olacaqmı?

Bir neçə müasir ordu minlərlə kilometr məsafəyə malik nüvə silahlarından istifadə edir. Buna görə də ABŞ Birləşmiş Krallıq, Rusiya, Çin, Fransa, Hindistan, Pakistan, Şimali Koreya və İsrail (iddia edilir) kimi güclərin nüvə hücumuna qarşı həssasdır.

Bu dəfə belə bir müharibə nüvə müharibəsi kimi yadda qalmalıdır.

Süni intellekt və müharibə oyunları göstərir ki, ABŞ Tayvanı işğal etsəydi, Çini məğlub etmək ola bəlkə də: Əgər Çin Tayvanı işğal etməyi seçsəydi, çox güman ki, ABŞ, Yaponiya və Tayvan qüvvələri tərəfindən məğlub olacaq, lakin bir neçə müharibə simulyasiyası aparan beyin mərkəzi ekspertlərinin fikrincə, böyük baha və insan itkisi ilə başa çatar.

Belə vəziyyətdə, Çində insan itkisinin yeri doldurula bilər, lakin qarşı cəbhədə bu, belə deyil axı.

Deməli, ümid qalır Hindistana.

Prezident İlham Əliyev bax bu təhlükələri və təhdidləri görür.

Növbəti böyük, qlobal oyunla bağlı Azərbaycan ssenarini elə Münhen Təhlükəsizlik Konfransında da açıqladı”.

Turan Rzayev
Globalinfo.az