Rusiya bəyan etdi: Bu halda Vaşinqton, London və Parisə nüvə zərbəsi endirəcəyik!

“Ukraynaya qoşun yeridəcək ölkələrə nüvə silahı ilə cavab veriləcək”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.

Dmitri Medvedev

O bildirib ki, Rusiyanın qeyri-strateji nüvə silahları ilə bağlı keçirəcəyi təlimlər məhz Kremli təhdid edən ölkələrə ünvanlanıb:

“Ukrayna ərazisinə qoşun yeridəcək ölkələr müharibənin bilavasitə iştirakçısı olacaqlar, biz isə buna cavab verəcəyik. Rusiya qeyri-strateji nüvə silahlarının hazırlanması və istifadəsi ilə bağlı praktiki təlimlər keçirəcək. Bu təlimlər Qərb siyasətçilərinin Ukraynaya qoşun yeritməklə bağlı bəyanatlarına cavabdır. Ukraynaya qoşun yeridəcək ölkələrə həmin ərazidə deyil, Vaşinqtonda, Parisdə, Londonda cavab veriləcək”.

Əliyar Xəlil
Globalinfo.az