Nerkin-And kəndində son durum – Nələr yaşanır?

Rusiya sərhədçiləri Zəngəzurun Qafan icmasına bağlı olan və Azərbaycanla sərhəddə yerləşən Nerkin-And kəndindən çıxırlar. 

Globalinfo.az xəbər verir ki, bunu kəndin inzibati rəhbəri Xaçatur Baqdasaryan açıqlayıb.

O bildirib ki, sərhədçilər ötən gecə mövqelərindəki kabelləri söküblər:

“Hazırda ərazidə yerləşən keçid məntəqəsində sadəcə bir neçə rus əsgəri var. Onlar da artıq müşahidə məntəqəsindən həmin keçidə nəzarət etmirlər. Məntəqənin girişində də kabellər sökülüb. Gecə ilə yığışdırdılar”.

Xatırladaq ki, həmin istiqamətdə 44 günlük müharibədən sonra Ermənistan hökumətinin təşəbbüsü ilə Rusiya sərhədçiləri yerləşdirilib. Artıq Qafan və bitişik ərazilərdəki  sərhədçilərin mövqelərini tərk etdiyi bildirilir.

İrəvan hakimiyyətinə bağlı “Baqramyan26” teleqram kanalı rus sərhədçilərinin bu gündən etibarən Ermənistan-Azərbaycan sərhədini tərk etməyə başladığını yazıb. Moskva və İrəvan arasında əldə edilmiş razılaşmaya əsasən, rusların Sünik (Zəngəzur -red.), Vayots Dzor, Geqarkunik, Ararat və Tavuşdakı mövqelərdən geri çəkilməsi nəzərdə tutulur.

Ayşən Mustafa
Globalinfo.az