“Trendyol” Azərbaycan üçün qiymətləri kəskin artırdı

trendyol

Türkiyənin məşhur onlayn alış-veriş şirkəti “Trendyol” Azərbaycana məhsulların çatdırılma xidmətində qiymət dəyişikliyi edib.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, şirkət qiymətləri 2.5 dəfə artırıb.

Dünənə kimi 79.99 TL (4.23 manat) hesablanan çatdırılma xidməti bu gündən 199.99 TL (10.63 azn) hesablanacaq.