Mirzoyandan Zəngəzur dəhlizi ilə bağlı açıqlama

“Ermənistan sülhə doğru irəliləyir. Biz danışıqlar prosesində konstruktiv şəkildə iştirak edirik”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycan XİN başçısı Ceyhun Bayramovla Almatıda keçirilən görüşü çərçivəsində deyib.

A.Mirzoyan regionda nəqliyyat kommunikasiyalarının açılmasından danışıb:

“Hesab edirik ki, təkcə sülh müqaviləsi ilə məhdudlaşmamalıyıq. Daha da irəli gedə bilərik. Bütün nəqliyyat kommunikasiyaları ərazisindən keçən ölkənin suverenliyi və qanunvericiliyi altında olmaqla blokadadan çıxarıla bilər”.

Qeyd edək ki, hazırda Qazaxıstanın Almatı şəhərində Aəzərbaycan və Ermənistan XİN başçıları arasında görüş keçirilir.

Ayşən Mustafa
Globalinfo.az