ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici işlər və ticarət naziri Yan Borq mayın 14-də Azərbaycana səfər edəcək.
Globalinfo.az xəbər verir ki bu barədə ATƏT-in mətbuat xidməti məlumat yayıb. Bildirilib ki ATƏT sədri səfəri çərçivəsində bir sıra yüksək səviyyəli görüşlər keçirəcək.
“Səfər zamanı ATƏT-in Azərbaycandakı fəaliyyətinə diqqət yetiriləcək, Təşkilatın bütün ATƏT regionunda uzunmüddətli, davamlı sülhün əldə edilməsinə və münaqişələrin həllinə davamlı dəstəyi vurğulanacaq”, məlumatda bildirilib
***11:50
ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici işlər naziri Yan Borq Ermənistanda səfərdədir.
Globalinfo.az xəbər verir ki, ATƏT rəsmisi hazırda Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla görüş keçirir.
Y.Borqun digər Cənubi Qafqaz ölkələri, o cümlədən Azərbaycana da səfəri gözlənilir.
Qeyd edək ki, hazırda İrəvanda aksiyalar keçirilir, 20-dən çox küçə bağlanıb, 151 nəfər saxlanılaraq polis bölməsinə aparılıb.
Ayşən Mustafa
Globalinfo.az