65f1b6f9edec165f1b6f9edec2171033983365f1b6f9edebf65f1b6f9edec0

Azərbaycanın Baş naziri Əli Əsədov Dünya Buxara Yəhudiləri Konqresinin prezidenti Lev Leviyev ilə görüşüb.

Bu barədə Globalinfo.az-a Nazirlər Kabinetindən bildirilib.

Görüşdə Prezident İlham Əliyev tərəfindən Azərbaycanda tolerantlığın möhkəmləndirilməsi və multikultural dəyərlərin təbliği istiqamətində ardıcıl siyasətin uğurla davam etdirildiyi vurğulanıb.

Qeyd edilib ki, ölkədə bütün xalqların və dinlərin nümayəndələrinin, o cümlədən yəhudi icmasının sülh və əmin-amanlıq şəraitində yaşaması üçün hər cür şərait yaradılıb.

Paylaş: