Əli Əsədov “Böyük Qayıdış”dan danışdı

“Hamımız böyük fəxr və qürur hiss edirik ki, 2 il bundan əvvəl işğal altındakı torpaqlarımız işğaldan azad edilib, ölkəmizin ərazi bütövlüyü bərpa olunub”.

Globalinfo.az bildirir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Baş nazir Əli Əsədov deyib.

Baş nazir bildirib ki, qazanılan şanlı qələbədən sonra Prezidentimiz qlobal prosesləri, postpandemiya və postmüharibə dövrünün çağırışlarını nəzərə alaraq, milli prioritetləri təsdiq edib: “Milli prioritetlər cəmiyyətimizin inkişaf çağırışlarını nəzərə alır. Bir-bir ilə qarşılıqlı əlaqədə olan milli prioritetlər gələcəkdə ölkə iqtisadiyyatının davamlı inkişafını təmin edəcək. Milli prioritetlərin icrası iki dövrə bölünür. Birincisi, 2022-2026-cı illəri əhatə edir. Hökumətin vəzifəsi strategiyanın yeni inkişaf mərhələsindəki hədəflərə çatmasıdır. Beş milli prioritetin hər biri eyni dərəcədə vacibdir. Lakin dördüncü milli prioritet kimi müəyyən edilən azad edilmiş ərazilərə Böyük Qayıdış bizim üçün mühüm əhəmiyyət daşıyır”.

X X X

“İlkin hesablamalara görə, Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasının icrası məqsədilə büdcədən 32 milyard manatdan çox vəsait tələb olunur. Bunun 58 %-i azad edilmiş ərazilərə yönəldiləcək”.

Globalinfo.az bildirir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Baş nazir Əli Əsədov deyib.

Baş nazir bildirib ki, son 2 ildə Böyük Qayıdış layihəsinə 5,8 milyard manatdan çox vəsait yönəldilib.