Sumqayıtda kollecin yataqxanasında güclü yanğın: zəhərlənənlər var – FOTO / VİDEO

Sumqayıt Texniki Kollecinin həyətində yerləşən yataqxanada baş verən yanğın söndürülüb.

Bu barədə Globalinfo.az-ın hadisə yerində olan əməkdaşı məlumat verib.

O bildirib ki, ərazidə soyutma işləri aparılır.

***

Sumqayıt Texniki Kollecinin həyətində yerləşən yataqxanada baş verən yanğın zamanı dörd nəfər zəhərlənib.

***

Yanğın hələ söndürüməyib.

Bu barədə Globalinfo.az-ın hadisə yerində olan əməkdaşı məlumat verib.

O bildirib ki, yanğının söndürülməsi üçün işlər davam etdirilir.

***
Texniki kollecin direktoru Pirquliyeva Mətanət hadisə yerinə gəlib.

***

Məlumata görə, yanğın baş verən Sumqayıt Texniki Kollecinin həyətində yerləşən yataqxanada Qubadlı Cəbrayıl Zəngilan və Laçından olan 9 ailə məskunlaşıb.

***

Sumqayıt Texniki Kollecinin həyətində yerləşən yataqxanada baş verən yanğın zamanı bir nəfər zəhərlənib.

Globalinfo.az xəbər verir ki, ilkin məlumata görə, Quliyev Firad Ağakərim oğlu tüstüdən zəhərlənib.

O, Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

***

Sumqayıt Texniki Kollecinin yataqxanasında baş verən yanğının ilkin səbəbi açıqlanıb.

Globalinfo.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata əsasən, işıqların sönüb yanmasından sonra qısaqapanma baş verib.

Nəticədə partlayışdan sonra güclü yanğın başlayıb.

 

***

Sumqayıt Texniki Kollecinin həyətində yerləşən yataqxanada yanğın başlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidməti və Sumqayıt Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

***

***23:12

Sumqayıt Texniki Kollecinin yataqxanasında güclü yanğın başlayıb.

Globalinfo.az-ın əldə etdiyi məlumata görə, hadisə yerində FHN-nin yanğınsöndürənləri cəlb olunub.

Ətraflı məlumat veriləcək.

Globalinfo.az