elektormobil

“Azərbaycanda elektrik mühərrikli nəqliyyat vasitələrinin sayı artıq 60 faiz artıb”.

Globalinfo.az xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Elmin Məmmədov “Gələcək üçün dayanıqlı nəqliyyat” adlı tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, hazırda ölkə üzrə quraşdırılmış elektrik doldurma məntəqələrinin sayı 184 ədəd təşkil edir.

Eyni zamanda yaxın günlərdə məntəqə sayının artırılacağını da qeyd edib.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: