iran 31

İranın ABŞ-ın münaqişənin nizamlanması təklifinə cavabı Livanda atəşin dayandırılmasını əhatə edir.

Globalinfo.az xəbər verir ki, bu barədə İranın dövlət televiziyası məlumat yayıb.

Qeyd olunub ki, Pakistan vasitəçisinə ötürülən mətn bütün cəbhələrdə, xüsusən Livanda tətbiq edilən müharibənin dayandırılmasına yönəlib.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirilib. Həmin gün zərbələr nəticəsində İranın Ali rəhbəri Əli Xamenei öldürülüb. İran buna cavab olaraq İsrail ərazisinə raket zərbələri endirib və ABŞ-nin Fars körfəzi ölkələrindəki hərbi bazalarına hücum edib.

İran, ABŞ və onların müttəfiqləri aprelin 8-ə keçən gecə iki həftəlik atəşkəs razılaşmasına nail olublar. Tramp sonradan atəşkəsi qeyri-müəyyən müddətə uzadıb.

Paylaş: