Zaxarovadan Ermənistan açıqlaması: “Narahat olmaya bilmərik”

“Ermənistan rəhbərliyinin KTMT mövzusunda ultimatum dili ilə və təhqiredici ritorikada danışması bizi narahat etməyə bilməz”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Biz heç bir dövlətin öz xarici siyasətini ifadə etmək hüququna və milli maraqlarına qarışmamışıq. Amma Ermənistan rəhbərliyinin KTMT ilə bağlı təhqiramiz ritorikasından narahat olmaya bilmərik”.

Zaxarova əlavə edib ki, KTMT  regionda sülh və sabitliyi təmin edən, təhlükəsizliyi formalaşdıran dövlətlərin cəmləşdiyi bir təşkilatdır.

“Mən KTMT-nin uzun müddət ərzində hər kəsə bəlli olan işinə sərgilənən alçaldıcı münasibəti yolverilməz hesab edirəm”, – Zaxarova vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az