Ehtiyatlı olun! Vətəndaşların şəxsi məlumatlarından istifadə edilib – VİDEO

Naxçıvanda vətəndaşların məlumatlarından qeyri-qanuni şəkildə istifadə edən şəxs məsuliyyətə cəlb edilib.

Globalinfo.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, keçirilən tədbirlərlə “Park AVM” ticarət mərkəzində yerləşən “Güvənli Əmlak” ev alqı-satqı ofisində çoxsaylı vətəndaşlara məxsus anket məlumatları aşkar olunub.

Aparılan araşdırmalar zamanı N.Məmmədovun sığorta şirkətində çalışdığı müddətdə vətəndaşlara onların evlərini sığortalamağı təklif etməklə məlumatlarını əldə etdiyi məlum olub. N.Məmmədov ifadəsində 2000-dən çox şəxsin məlumatlarını bu yollarla əldə etdiyini və ev alqı-satqı işində həmin məlumatlardan istifadə etdiyini etiraf edib.

Faktla bağlı araşdırmalar davam etdirilir..

Daxili İşlər  Nazirliyi Vətəndaşaları ayıq-sayıq olmağa işbazların şirnikləndirici təkliflərinə inanmamağa və onların  qurbanına çevrilməmək üçün  bu kimi detallara diqqət etməyə çağırıb.