ehed bashci at1

18:45

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev seldən zərər çəkən sakinlərlə görüşmək üçün əraziyə atla gedib.

Globalinfo.az xəbər verir ki, buna səbəb sözügedən ərazidə avtomobilin hərəkət edə bilməməsi olub.

Qeyd edək ki, güclü sel suları və ərazidəki çayların məcrasından çıxması rayonun Çovdar, Alaxançallı, Qaraqullar, Təzəkənd, Xoşbulaq, Əmirvar, Quşçu, Bayan, Dəstəfur, Gurbulaq, Tapan, Pirverdilər kəndlərində və Alunitdağ qəsəbəsində yollara, elektrik transformatorlarına, rabitə, qaz xətlərinə, fərdi yaşayış evlərinə, əkin sahələrinə, heyvandarlıq və arıçılıq təsərrüfatlara ciddi ziyan vurub, dağıntılar əmələ gətirib.

1688220739 ed4f08d1 d309 4dc1 b623 20821bac5f8c IMG 20230701 234007 521 IMG 20230701 234006 647 IMG 20230701 234007 379 1688220756 5f3f2e39 8d43 4944 8770 ea2fd2d6e534

Paylaş: