Əhəd Abıyev icra başçısı vəzifəsindən azad edildi

Prezident İlham Əliyev Ə.M.Abıyevin Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Globalinfo.az xəbər verir ki, sərəncamda qeyd olunur:

“Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:

Əhəd Mikayıl oğlu Abıyev Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin”.