“ABŞ yardımı dayandırarsa…” – Zelenskidən gözlənilməz açıqlama

Ukrayna Prezidenti Volodimir Zelenski Vaşinqtonun yardım paketi təqdim etməyəcəyi təqdirdə, Kiyevin də strateji tərəfdaşılığı davam etdirməyəcəyini bildirib.

Globalinfo.az xəbər verir ki, Zelenski ABŞ-ın yardımının Ukrayna üçün altenativinin olmadığını deyib.

“Biz Konqresin müsbət qərarına böyük ümidlər bəsləyirik, bu paket bizim üçün həyati əhəmiyyət kəsb edir. Ukrayna bu gün alternativ yardımı nəzərdən keçirmir, çünki biz ABŞ-a strateji tərəfdaş kimi ümid bəsləyirik, ümid edirik ki, belə qalacaqlar. Əgər alternativdən danışırıqsa, deməli, bizim strateji tərəfdaşımız deyillər”, – o bildirib.

Əliyar Xəlil
Globalinfo.az