Susil Ranasinqe

“Qlobal böhranlar və qiymət artımları dünyanın bir çox ölkəsində insanların yaşayış səviyyəsinə, mənzil təminatına və sosial rifahına ciddi təsir edir”.

Globalinfo.az xəbər verir ki, bu sözləri Şri-Lankanın Mənzil, Tikinti və Su Təchizatı naziri Susil Ranasinqe Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində BMT-Habitat və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin birgə təşkil etdiyi “Yaxın Şərq böhranı və onun qlobal mənzil və şəhərsalma təsirləri” mövzusunda tədbirdə çıxışı zamanı deyib.

Nazir bildirib ki, qlobal böhranlar fonunda bir sıra ölkələrdə vergi daxilolmaları azalır, eyni zamanda həssas əhali qruplarına dəstək məqsədilə dövlətlərin fiskal yükü artır:

“Şri-Lanka rupisi ABŞ dollarına nisbətdə təxminən 5,6 faiz dəyər itirib. Bu isə insanların gündəlik yaşayış xərclərinə ciddi təsir göstərib. Təbii fəlakətlər və qlobal qiymət artımları əhalinin əsas ehtiyaclarını qarşılamaq imkanlarını xeyli zəiflədib”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: