
BMT Baş katibinin müavini və Sivilizasiyalar Alyansının (UNAOC) ali nümayəndəsi Migel Angel Moratinos təyyarə qəzası ilə bağlı Azərbaycana başsağlığı verib.
“Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Rusiya vətəndaşları da daxil olmaqla 38 nəfərin ölümü ilə nəticələnən Azərbaycan Hava Yollarına məxsus təyyarənin Qazaxıstanda faciəvi şəkildə qəzaya uğraması məni dərindən kədərləndirib. Düşüncələrim bu faciədə həyatını itirənlərin ailələri ilədir. Zərərçəkmiş xalqların hökumətlərinə səmimi başsağlığı verirəm”, – o bildirib
***
Əlcəzair Prezidenti Əbdelmacid Tebbun Qazaxıstanın Aktau şəhəri yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olan və yaralananlarla bağlı Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu göndərib.
Globalinfo.az xəbər verir ki, bu barədə Əlcəzair Mətbuat Xidməti bildirib.
“Qazaxıstanın Aktau şəhəri yaxınlığında “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin qəzaya uğraması və nəticədə həlak olanların və yaralananların olması xəbərini dərin kədər və hüznlə qarşıladım”, – Afrika ölkəsinin lideri qeyd edib.
“Dost Azərbaycan xalqının üzləşdiyi bu faciə ilə əlaqədar Əlcəzair xalqı və hökuməti adından, şəxsən öz adımdan Zati-alinizə və həlak olanların ailələrinə səmimi başsağlığı verir, dərin hüznümü bildirir və yaralılara tezliklə şəfa diləyirəm”, – ölkə başçısı əlavə edib.
Azərbaycan Prezidentinə “Əlcəzairin bu çətin məqamda ölkəsi ilə həmrəy olduğunu” bildirən Tebbun “Azərbaycan xalqının bu ağrılı sınaqdan çıxa biləcəyinə əmin olduğunu” ifadə edib.
***
Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalo “Azərbaycan Hava Yolları” şirkətinə məxsus təyyarənin qəzaya uğraması ilə əlaqədar Prezident İlham Əliyevə başsağlığı verib.
Globalinfo.az xəbər verir ki, başsağlığı məktubunda deyilir:
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
“Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin dekabrın 25-də çoxsaylı insanın faciəli şəkildə həlak olması ilə nəticələnən qəzaya uğraması xəbərini dərin kədər hissi ilə qarşıladım.
Bu matəm günündə Zati-alinizə və Azərbaycan xalqına Qvineya-Bisau xalqının adından və öz adımdan dərin hüznlə başsağlığı verirəm.
Zati-aliləri, əziz Qardaşım, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.
***
Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif dekabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Globalinfo.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidmətinin məlumatında bildirilib.
Qeyd edilib ki, Məhəmməd Şahbaz Şərif təyyarə qəzası nəticəsində insanların həlak olması ilə bağlı Prezident İlham Əliyevə və həyatını itirən şəxslərin yaxınlarına başsağlığı verib, xəsarət alanlara şəfa arzulayıb.
Prezident İlham Əliyev göstərilən diqqətə və başsağlığına görə təşəkkür edib.
***
Rusiya Federasiyası Dağıstan Respublikasının rəhbəri Sergey Məlikov Prezident İlham Əliyevə başsağlığı məktubu yollayıb.
Globalinfo.az xəbər verir ki, başsağlığında deyilir:
“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu.
“AZAL” aviaşirkətinin Bakıdan Qroznıya uçan sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə və yaxınlarına bütün dağıstanlılar adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verirəm.
Dərdinizi səmimi-qəlbdən bölüşür, Sizinlə birlikdə kədərlənirik.
Xəsarət alanların tezliklə şəfa tapmasını arzulayırıq”.
X X X
Banqladeş Xalq Respublikası Müvəqqəti Hökumətinin Baş müşaviri Məhəmməd Yunus Prezident İlham Əliyevə başsağlığı məktubu yollayıb.
Globalinfo.az xəbər verir ki, başsağlığında deyilir:
“Zati-aliləri.
“Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə bağlı xəbər məni və Banqladeş xalqını çox sarsıtdı.
Təyyarə qəzası nəticəsində insan tələfatı bizi dərindən kədərləndirir. Mən həlak olanların ruhuna dualar edir və ailələrinə dərin hüznlə başsağlığı verirəm. Həmçinin xəsarət alanların tezliklə sağalmalarını arzu edirəm.
Bu kədərli vaxtda biz Azərbaycan Respublikası ilə həmrəyik və dualarımız xalqınızladır.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.
X X X
Kuba Respublikası Xalq Hakimiyyəti Milli Assambleyasının sədri Xuan Esteban Lazo Hernandes “Azərbaycan Hava Yolları” şirkətinə məxsus təyyarənin qəzaya uğraması ilə əlaqədar başsağlığı verib.
Globalinfo.az xəbər verir ki, bununla bağlı Milli Assambleya sosial şəbəkələrdəki səhifəsindən paylaşım edib.
Paylaşımda Xuan Esteban Lazo Hernandesin qəza nəticəsində həyatını itirənlərin ailələrinə və yaxınlarına başsağlığı verilib və həmrəylik ifadə olunub.
X X X
Polşa Respublikasının Prezidenti Andjey Duda Prezident İlham Əliyevə başsağlığı məktubu yollayıb.
Globalinfo.az xəbər verir ki, məktubda bildirilib:
“Hörmətli cənab Prezident.
Azərbaycana məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması, çoxlu sayda insanın həlak olması və yaralanması barədə xəbəri dərin kədər hissi ilə qarşıladım.
Bu fəlakət zamanı həyatını itirənlərin ailələrinə dərin hüznlə başsağlığı verir, yaralılara şəfa diləyirəm. Ölkəmizin bütün vətəndaşları Azərbaycan xalqının hüzn və kədərinə şərikdirlər.
Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.
X X X
Rusiya Federasiyası Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu göndərib.
Globalinfo.az bildirir ki, məktubda deyilir:
“Hörmətli İlham Heydər oğlu.
Dekabrın 25-də “Azərbaycan Hava Yollarına” məxsus sərnişin təyyarəsinin qəzaya uğraması xəbəri Tatarıstan Respublikasında dərin kədər hissi ilə qarşılanıb.
Yaxınlarını itirən ailələrə dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmalarını diləyirəm.
Biz bu itkilərin acısını ürəkdən bölüşür və qardaş Azərbaycan xalqı ilə birlikdə kədərlənirik”.
X X X
İordaniyanın Xarici İşlər və Mühacir Məsələləri Nazirliyi Qazaxıstanıın Aktau şəhərindəki təyyarə qəzası ilə bağlı başsağlığı verib.
Globalinfo.az xəbər verir ki, bu barədə Nazirliyin “X” hesabında paylaşım edilib.
Nazirlikdən həlak olanların ailələrinə də başsağlığı diləkləri ifadə edib, xəsarət alanların tez sağalması arzulanıb.
دانت وزارة الخارجية وشؤون المغتربين إقدام وزير الأمن القومي الإسرائيلي المتطرف، صباح اليوم، على اقتحام المسجد الأقصى المبارك/ الحرم القدسي الشريف تحت حماية شرطة الاحتلال الإسرائيلي، خطوة استفزازية مرفوضة ومدانة وانتهاكاً للوضع التاريخي والقانوني القائم في المسجد الأقصى المبارك/… pic.twitter.com/Pquys8pyHE
— وزارة الخارجية وشؤون المغتربين الأردنية (@ForeignMinistry) December 26, 2024
X X X
Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.
Globalinfo.az xəbər verir ki, başsağlığında deyilir:
“Cənab Prezident.
“Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində çoxsaylı insanın faciəli ölümü və yaralanması ilə bağlı xəbəri dərin kədər hissi ilə qarşıladım.
Slovakiya Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan Sizə, Azərbaycan vətəndaşlarına, eləcə də həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananlara tezliklə sağalmalarını arzulayıram”.
X X X
Avropa Şurasının Baş katibi Alain Berset “Azərbaycan Hava Yolları” təyyarəsinin dekabrın 25-də Qazaxıstanda baş verən və çoxlu sayda insanın ölümü ilə nəticələnən faciəvi qəzası ilə bağlı başsağlığı verib.
Globalinfo.az bildirir ki, dərin hüznlə başsağlığı verən Baş katib sağ qalanların tez və tam sağalmasını arzulayıb.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
Dövlət başçısının tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.
Prezident İlham Əliyev çoxsaylı insan itkisindən sonra ölkə ərazisində bir günlük matəm elan olunması ilə bağlı sərəncam imzalayıb.
X X X
Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud və vəliəhd şahzadə Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud Qazaxıstanda “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib.
Globalinfo.az bildirir ki, bu barədə “Report” Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfirliyinə istinadən məlumat verib.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən “Embraer” tipli sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Qəza nəticəsində sərnişinlərin 38-i həlak olub, 3-ü uşaq olmaqla 29-u sağ qalıb.
Prezident İlham Əliyev dekabrın 26-sının Azərbaycanda matəm günü elan olunması barədə Sərəncam imzalayıb.
X X X
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu göndərib.
Globalinfo.az xəbər verir ki, məktubda deyilir:
“Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində insanların həlak olması ilə bağlı dəhşətli xəbər bizi dərindən kədərləndirdi.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri adından Zati-alinizə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, kədərinizi bölüşür, dəstəyimizi bildiririk, yaralıların isə tezliklə sağalmalarını arzulayırıq.
Zati-aliləri, ən yüksək ehtiramımızı qəbul etməyinizi xahiş edirik.
Hörmətlə,
Vayra Vike-Freyberqa
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri,
1999-2007-ci illərdə Latviya Respublikasının Prezidenti
İsmail Serageldin
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri,
1992-2000-ci illərdə Dünya Bankının vitse-prezidenti
Mariya Fernanda Espinoza
BMT Baş Assambleyasının 73-cü sessiyasının sədri,
2017-2018-ci illərdə Ekvadorun xarici işlər naziri
Rosen Plevneliyev
2012-2017-ci illərdə Bolqarıstanın Prezidenti
İvo Yosipoviç
2010-2015-ci illərdə Xorvatiyanın Prezidenti
Filip Vuyanoviç
–2003-2018-ci illərdə Monteneqronun Prezidenti
Zlatko Laqumciya
2001-2002-ci illərdə Bosniya və Herseqovinanın Baş naziri
Eka Tkeşelaşvili
2010-2012-ci illərdə Gürcüstanın Baş nazirinin müavini
Volkan Bozkır
BMT Baş Assambleyasının 75-ci sessiyasının sədri
Petar Stoyanov
1997-2002-ci illərdə Bolqarıstanın Prezidenti
Vuk Yeremiç
BMT Baş Assambleyasının 67-ci sessiyasının sədri”.
X X X
Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.
Globalinfo.az xəbər verir ki, başsağlığında deyilir:
“Hörmətli cənab Prezident.
Qazaxıstanın Aktau şəhəri yaxınlığında Azərbaycanın sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində insan tələfatı xəbərini təəssüf hissi ilə öyrəndim.
Bu faciə ilə əlaqədar kədərinizi bölüşərək, qardaş Azərbaycan xalqına və həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, sağ qalan insanlara görə Uca Allaha şükür edir, yaralıların tezliklə sağalmalarını diləyirəm.
Allah Sizi və xalqınızı qorusun”.
X X X
Maldiv Respublikasının Prezidenti Məhəmməd Muizzudan Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu gəlib.
Globalinfo.az xəbər verir ki, məktubda deyilir:
“Zati-aliləri.
Qazaxıstanın Aktau şəhəri yaxınlığında çoxlu insan tələfatına və yaralanmasına səbəb olan faciəvi təyyarə qəzası ilə bağlı xəbər məni dərindən kədərləndirdi və sarsıtdı.
Zati-alinizə, Azərbaycan Hökumətinə və xalqına, o cümlədən bu hadisə nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm. Belə bir kədərli gündə dualarımızın xüsusilə də faciənin nəticələri ilə üzləşmiş sağ qalan insanlarla olduğunu bildirirəm”.
X X X
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu göndərib.
Globalinfo.az bildirir ki, məktubda BƏƏ Prezidentinin “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Qazaxıstan Respublikasında qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı və yaralanması xəbərini dərin hüzn və kədərlə qarşıladıqlarını bildirib.
“Bu ağır itki ilə əlaqədar Sizə dərin hüznlə başsağlığı verir, yaralıların tezliklə sağalmalarını arzu edirik”, – məktubda qeyd olunub.
X X X
Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Can Min Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.
Globalinfo.az xəbər verir ki, məktubda deyilir:
“Zati-aliləri.
“Azərbaycan Hava Yolları”nın təyyarəsinin Qazaxıstan ərazisində qəzaya uğraması nəticəsində sərnişinlərin və ekipaj üzvlərinin həlak olması xəbərindən sarsıldım.
Sizə və həlak olanların ailə üzvlərinə dərin hüznlə başsağlığı verir, bütün xəsarət alanların tezliklə sağalmalarını arzulayıram”.
X X X
Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.
Globalinfo.az xəbər verir ki, məktubda deyilir:
“Zati-aliləri.
“Azərbaycan Hava Yolları” aviaşirkətinin Bakı-Qroznı reysini həyata keçirən təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə bağlı xəbər məni dərindən kədərləndirdi. Çoxlu sayda insanın həyatına son qoymuş bu hadisə Azərbaycan üçün böyük itkidir.
Zati-alinizə və Azərbaycan xalqına, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm, yaralananların tezliklə sağalmalarını arzu edirəm.
Bu faciə Türk dünyasında hər kəsi dərindən təsirləndirdi, kədərli anlarda birliyin və dəstəyin önəmini xatırlatdı. Bu hüznlü hadisə ilə bağlı Azərbaycan xalqı ilə həmrəyik və kədərinizi bölüşürük”.
X X X
Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud və vəliəhd, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə bağlı Prezident İlham Əliyevə başsağlığı veriblər.
Globalinfo.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Krallığının Xarici İşlər Nazirliyinin paylaşımında bildirilib.
“Bütün həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, Uca Allahdan mərhumlara rəhmət, ailələrinə səbir və yaralılara şəfa diləyirik”, – başsağlığında vurğulanıb.
X X X
Küveyt əmiri Şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabah AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib.
Globalinfo.az xəbər verir ki, bu barədə Küveyt Xəbər Agentliyi məlumat yayıb.
Bildirilib ki, Küveyt əmiri ölənlərə Allahdan rəhmət, yaralananlara isə şəfa diləyib.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
Dövlət başçısının tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.
Prezident İlham Əliyev çoxsaylı insan itkisindən sonra ölkə ərazisində bir günlük matəm elan olunması ilə bağlı sərəncam imzalayıb.
X X X
NATO-nun sözçüsü Fərəh Daxlallah Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə bağlı başsağlığı verib.
Globalinfo.az xəbər verir ki, bu barədə o, “X” platformasındakı paylaşımda bildirilib.
“Fikirlərimiz və dualarımız Azərbaycan Hava Yolları J28243 təyyarəsinin qurbanları və onların ailələri ilədir. Qəzada xəsarət alanların tezliklə sağalmasını arzulayır və hərtərəfli araşdırmaya çağırırıq”- deyə paylaşımda qeyd edilib.
X X X
Misir Prezidenti Əbdül Fəttah əs-Sisi Azərbaycan Prezidenti İlham Əliyevə və Azərbaycan xalqına başsağlığı verib.
Globalinfo.az xəbər verir ki, bu barədə məlumat Misirin dövlət başçısının rəsmi saytında yerləşdirilib.
Misir lideri baş vermiş hadisədən dərin kədər hissi keçirdiyini qeyd edib, həlak olanların ailələrinə başsağlığı verərək, onlara Allahdan rəhmət diləyib.
Prezident Əbdül Fəttah əs-Sisi xəsarət alanların tezliklə sağalmalarını arzulayıb.
X X X
Pakistan Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiq Aktau şəhəri yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində Azərbaycan vətəndaşlarının həlak olması ilə əlaqədar ölkəmizə başsağlığı verib.
Globalinfo.az xəbər verir ki, bu barədə Pakistan parlamentinin “X” sosial şəbəkəsindəki hesabında məlumat verilib.
“Qazaxıstanın Aktau şəhəri yaxınlığında Azərbaycan təyyarəsinin faciəvi qəzaya uğramasından dərindən kədərləndim. Azərbaycan Prezidenti İlham Əliyevə, Milli Məclisin sədri Sahibə Qafarovaya və Azərbaycan xalqına bu əvəzedilməz itki ilə bağlı səmimi başsağlığı verirəm. Yas tutan ailələrə səmimi qəlbdən başsağlığı verir və xəsarət alanların tezliklə sağalmasını diləyirik. Pakistan hökuməti və xalqı bu kədərli günlərdə Azərbaycanın yanındadır”, – spikerin bəyanatında vurğulanıb.
X X X
Pakistan matəm günündə qardaş Azərbaycanla həmrəydir.
Globalinfo.az xəbər verir ki, bu barədə Pakistan səfiri Qasım Mohiuddin “X”də yazıb.
“Qurbanların ailələrinin və bu faciədən zərər çəkənlərin hamısının kədərinə şərikik. Bu çətin zamanda dualarımız və düşüncələrimiz Azərbaycanladır”, – diplomat qeyd edib.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb.
Prezident İlham Əliyev çoxsaylı insan itkisindən sonra ölkə ərazisində bir günlük matəm elan olunması ilə bağlı sərəncam imzalayıb.
Eyni zamanda dövlət başçısının tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.
X X X
Müsəlman Ağsaqqalları Şurası Qazaxıstanın Aktau şəhəri yaxınlığında “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarənin qəzaya uğraması ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib.
Globalinfo.az xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidmətinin yaydığı məlumatda deyilir.
“Şura Azərbaycan xalqına, Prezident İlham Əliyevə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir. Biz Uca Allahdan yaralananların tezliklə sağalmasını diləyirik”, – məlumatda bildirilir.