Dünən Bakıdan yeni təkliflər aldıq – Mirzoyan

Ermənistan sülh müqaviləsi ilə bağlı Bakıdan yeni təkliflər alıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan məlumat verib.

XİN rəhbəri prosesin davam etdiyini, bəzi məsələlərdə fikir ayrılığının olduğunu bildirib.

O, İrəvanın bundan əvvəl sülh müqaviləsinin mətninə düzəlişlərin 5-ci paketini Azərbaycan tərəfinə təqdim etdiyini xatırladıb.

“Proses gedir, müzakirələr də həmçinin. Təəssüf ki, tərəflərin mövqelərinin hələlik bir-birindən uzaq olduğu vacib məsələlər var”, – Mirzoyan qeyd edib.