semed seyidov 10

“Dəfələrlə şahidi olmuşuq ki, Azərbaycanın uğurları beynəlxalq aləmdə əks-səda doğurduğu an Avropa Parlamenti (AP) öz məkrli siyasətini ortaya qoyur. Bunun bir daha şahidi olduq. Əslində isə onlar bu gün sülhün əldə olunmasını müzakirə etməli idilər”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında deputat Səməd Seyidov səsləndirib.

Deputat bildirib ki, AP Azərbaycanı müzakirəyə dəvət etməli, qarşılıqlı fikir mübadiləsi aparmalı idi:

Lakin qurum tamamilə fərqli və qərəzli mövqedən çıxış edir. Avropa Parlamentinin daxilində yalan, böhtan, ikili standartlar və korrupsiya hökm sürür. Azərbaycanın COP29-a ev sahibliyi etməsi məsələsində də Avropa Parlamenti yalnız boykot mövqeyi nümayiş etdirib”.

Deputat çıxışında qeyd edib ki, dünən ona zəng edilib və çıxış edən deputatlardan biri gündəmdə başqa məsələnin olmasına baxmayaraq, sülhdən danışmaq niyyətində olduğunu bildirib:

“Azərbaycanın onlara lazım olduğunu, güclü dövlət olmasından danışdı. Belə paradoks yaranır.

Bu gün hətta Avropa İttifaqının nümayəndəsi Azərbaycanın onlar üçün vacib tərəfdaş olduğunu bildirib və Ermənistanla sülh müqaviləsinin imzalanmasının zəruriliyini xüsusi vurğulayıb.

Avropa Parlamenti ölkəmizə qarşı qərəzli yanaşma sərgiləsə də, qurum daxilində bir sıra deputatlar Azərbaycanın mövqeyini dəstəkləmək niyyətindədir”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: