1018109 res 0 09c6c753b24a707c


Yaroslavl vilayətində yerləşən istehsal müəssisəsində baş verən yanğın zamanı həyatını itirənlərin sayı artıb. 

Globalinfo.az xəbər verir ki, operativ xidmətin məlumatına görə, hadisə zamanı 13 nəfər ölüb.

Bundan başqa, ilkin ehtimala görə, yanğına səbəb təhlükəsizlik qaydalarının pozulması olub.

***19:43

Rusiyanın Yaroslavl vilayətində yerləşən istehsal müəssisəsində baş verən yanğın və partlayış nəticəsində 5 nəfər ölüb.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya FHN-in regional idarəsi məlumat yayıb.

Bildirilir ki, dağılan konstruksiyaların sökülməsi zamanı 5 nəfərin meyiti aşkarlanıb. Ayağından xəsarət alan bir qadın isə xəstəxanaya çatdırılıb.

Yanğın müəssisənin ərazisindəki iki binada baş verib. Hadisənin söndürülməsinə 100-dən çox əməkdaş və 40 texnika cəlb olunub. Yanğın lokallaşdırılıb.

Rusiya teleqram kanallarının məlumatına görə, partlayışa səbəb elektrik naqillərində qısaqapanma olub. Daha sonra alov genişlənib və partlayış baş verib. Nəticədə iki bina dağılıb.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: